Di Mariya təhdid edilir
“Benfika”nın yarımmüdafiəçi Anxel di Mariya problemlə üz-üzə qalıb. Belə ki, o, karyerasını “Rosario Sentral” klubunda bitirmək niyyətində olduğunu dedikdən sonra təhdidlərə məruz qalıb.
Bu açıqlamadan sonra Di Mariya evində təhdid alıb. Bildirilib ki, vətənə qayıdarsa, onun təhlükəsizliyinə heç kim zəmanət verə bilməz.