Di Mariya qərarını verdi
Anxel Di Maria “Yuventus”dan ayrıldıqdan sonra klubsuz qalıb. O, karyera imkanlarını nəzərdən keçirir.
Argentinalıya “Benfika” və Səudiyyə Ərəbistanı klublarından təkliflər var. Dünya çempionu 2007-10-cu illərdə çıxış etdiyi Portuqaliya təmsilçisinə keçmək niyyətindədir.