Di Mariya millidə qaldı
Argentina millisinin və PSJ-nin futbolçusu Anxel di Mariyanın yığmadakı gələcəyinə aydınlıq gəlib. Yarımmüdafiəçi bununla bağlı qərar verib.
O, DÇ-2022-dən sonra da milli karyerasını davam etdirəcək. Mundialdan öncə bu turnirin yığmadakı son çıxışı olduğunu açıqlayan Anxel fikrini dəyişib. Di Mariya yığmadakı 129 matçda 28 qol vurub.