Di Maria milli ilə vidalaşır
Anxel Di Maria milli karyerasını başa vurmağa hazırlaşır. Yarımmüdafiəçi 2024-cü ildə ABŞ-da keçiriləcək Amerika Kubokundan sonra Argentina yığmasındakı çıxışını yekunlaşdıracaq.
Karyerasını “Benfika”da davam etdirən 35 yaşlı futbolçu bu qərara gəlməkdə çox çətinlik çəkib: “Milli komanda mənim üçün qürur mənbəyidir. Burada az gözyaşı tökməmişəm. Hələ son dünya çempionatındakı zəfərimizi bu gün də xatırlayanda bədənim əsir. Ancaq hər şirin nağılın bir sonu var. Qərarımı vermişəm – Amerika kubokundan sonra Argentina millisini tərk edəcəm – mənim üçün hər şey bitdi!”.