Deyvis “Liverpul”un hədəfində
“Bavariya”nın müdafiəçisi Alfonso Deyvis komandanı tərk edə bilər. O, İngiltərəyə yollanmağa yaxındır.
Kanadalının xidmətində “Liverpul” maraqlıdır. Artıq Mersisayd klubu onunla razılığa gəlib.
24 yaşlı futbolçunu “Mançester Yunayted” də transfer etməyi planlaşdırır. Amma Alfonso “Liverpul”a keçmək istəyir.
Deyvisin “Bavariya” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.