Deyvis Kubokunda finalçılar bəlli oldu
Deyvis Kuboku turnirinin yarımfinal oyunları başa çatıи. Finala İtaliya və İspaniya çıxıb.
Yarımfinalda İtaliya Belçikanı 2:0, İspaniya isə Almaniyanı 2:1 məğlub edib.
Fİnalçıların aparıcı oyunçuları – altıqat “Böyük Dəbilqə” çempionu və dünya birincisi, ispaniyalı Karlos Alkaras və dördqat “Böyük Dəbilqə” çempionu və dünya ikincisi, italiyalı Yannik Sinner – bu komandalarda oynamırlar.
İtaliya milli komandası Devis Kubokunun hazırkı qalibidir. Onlar 2023 və 2024-cü illərdə ardıcıl olaraq titulu qazanıblar.












