Deyvid “İnter” yolunda
“Lill”in mərkəz hücumçusu Conatan Deyvid karyerasına İtaliyada davam etdirə bilər. “İnter” 25 yaşlı kanadalı futbolçuya illik 5 milyon avro maaş təklif edib.
Deyvidin qərar verməyə tələsmədiyi və digər klublardan gələn təklifləri dinləməyi planlaşdırdığı bildirilib. Bu mövsüm Deyvid bütün turnirlərdə 44 matçda meydana çıxıb, 23 qol vurub və 10 məhsuldar ötürmə edib.
Davidin “Lill”lə hazırkı müqaviləsi yayda başa çatacaq. “Transfermarkt” futbolçunun dəyərini 45 milyon avro olaraq qiymətləndirir.