Devisdən 21 ilin ən yaxşı seriyası
Entoni Devis ardıcıl 3-cü oyunda 25 xal və 15 ribaund səddini keçib. O, “Leykers”in heyətində son 21 ildə buna nail olan ilk basketbolçudur.
Los-Anceles təmsilçisində belə seriya sonuncu dəfə 2001-ci ildə qeydə alınıb. Həmin vaxt Şakil Onil fərqlənib.
Devisin seriyasında üçüncü matç “Nyu-York”a qarşı olub. 122:115 hesablı qələbəyə 28 xalla töhfə verən ulduz 17 ribaunda da imza atıb.