Devis kubokunda pley-offun cütləri dəqiqləşdi

Devis kubokunda pley-offun cütləri dəqiqləşdi

2022-ci ildə keçiriləcək Devis kubokunda iştirak edəcək komandalar müəyyənləşib. Yarışda 16 yığma mübarizə aparacaq.

Cari turnirin finalçıları Rusiya və Xorvatiya birbaşa bu komandalar sırasına vəsiqə qazanıb. Daha iki yığma “vild card”a yiyələnib. Bunlar Serbiya və Böyük Britaniyadır.

Digər 12 vəsiqənin sahibi pley-offda bəlli olacaq. Martın 4-5-də baş tutacaq bu raundun cütləri də dəqiqləşib:

Fransa – Ekvador

İspaniya – Rumıniya

Belçika – Finlandiya

ABŞ – Kolumbiya

Kanada – Niderland

Almaniya – Braziliya

İtaliya – Slovakiya

Avstraliya – Macarıstan

Qazaxıstan – Norveç

İsveç – Yaponiya

Argentina – Çexiya

Avstriya – Cənubi Koreya

ETOPAZ

Əvvəlki yazı

“Sakramento” antirekord seriyasını qırdı

Növbəti yazı

“Neftçi” xal itirdi, “Qəbələ”dən qələbə