Devis kubokunda 3-cü qələbə

Devis kubokunda 3-cü qələbə

Devis kubokunun qalibi müəyyənləşib. Finalda Rusiya və Xorvatiya qarşılaşıb.

Həlledici matçın taleyi iki görüşdə həll olunub. Andrey Rublyov Borna Qoyonu 6:4, 7:6, Daniil Medvedev Marin Çiliçi 7:6, 6:2 hesabı ilə məğlub edib.

Bu, Rusiya yığmasının üçüncü kubokudur. 2002-ci və 2006-cı illərdə də Devis kubokunu qazanan şimallılar 1994-cü, 1995-ci və 2007-ci illərdə finalda uduzub.

ETOPAZ

Əvvəlki yazı

Dünyanın ən yaxşı yığma məşqçiləri

Növbəti yazı

Ən bahalı 10 gənc futbolçu