Devis kubokunda 3-cü qələbə
Devis kubokunun qalibi müəyyənləşib. Finalda Rusiya və Xorvatiya qarşılaşıb.
Həlledici matçın taleyi iki görüşdə həll olunub. Andrey Rublyov Borna Qoyonu 6:4, 7:6, Daniil Medvedev Marin Çiliçi 7:6, 6:2 hesabı ilə məğlub edib.
Bu, Rusiya yığmasının üçüncü kubokudur. 2002-ci və 2006-cı illərdə də Devis kubokunu qazanan şimallılar 1994-cü, 1995-ci və 2007-ci illərdə finalda uduzub.