Devis aprelədək oynamayacaq
“Bavariya”nın futbolçusu Alfonso Devis ən azı daha iki ay yaşıl meydanlardan kənar qalacaq. Kanadalı müdafiəçi məşqlərə apreldən tez başlamayacaq.
Koronavirusa yoluxduqdan sonra 21 yaşlı şimali amerikalıda yüngül miokardit aşkarlanmışdı. Ürək əzələsində bu problem üzündən yanvardan kənarda qalan Devisin müalicəsi daha uzun də çəkə bilər.
Onun məşqlərə hətta apreldən gec qoşulması da istisna edilmir. Klub rəhbərliyi futbolçunun sağlamlığını daha vacib saydığından Alfonsonun tam sağalmasını gözləməyə üstünlük verir.