Desire Due zədələndi
Fransa millisində itki baş verib. Dezire Due DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl zədələnib.
PSJ-də çıxış edən 20 yaşlı vinger Liqa 1-in X turunda “Loryen”lə matçda (1:1) xəsarət alıb. O, meydanı xərəkdə tərk edib.
Duenin sağalması üçün bir neçə həftə lazım olacaq.
Qeyd edək ki, Azərbaycan – Fransa oyunu noyabrın 16-da keçiriləcək.












