Derbiyə itkilərlə
“Atletiko” “Real”la oyun öncəsi çətinliklərlə üzləşib. Yarımmüdafiəçi Rodriqo de Paul və hücumçu Memfis Depay Madrid derbisini buraxa bilər.
Hər iki oyunçunun fiziki durumunda problemlər yaranıb. Onların matça hazır olacağına həkimlər qərar verəcək.
De Pol cari mövsüm La Liqada 17 matçda 1 qol vurub. Depay isə “Atletiko”ya keçəndən sonra 4 oyunda 1 dəfə fərqlənib.
Qeyd edək ki, La Liqanın 23-cü turunda baş tutacaq Madrid derbisi fevralın 25-də keçiriləcək.