Derbidə ardıcıl 4-cü qələbə

Derbidə ardıcıl 4-cü qələbə

NBA-da növbəti Los-Anceles derbisi baş tutub. “Klippers” “Leykers” üzərində 119:115 hesablı qələbə qazanıb.

Bu, Tayron Lyunun təyinatından sonra onun yetirmələrinin ardıcıl 4-cü qələbəsidir. O, bu vəzifəyə ötən ilin oktyabrında təyin olunub.

“Klippers” ötən mövsümdə qısaldılmış müntəzəm çempionatın hər üç görüşdə qalib gəlib. Bu mövsümün ilk matçında da seriya davam edib.

Qeyd edək ki, “Klippers” 23 oyunda 12, “Leykers” 24 matçda 12 dəfə qalib gəlib. Onlar müvafiq olaraq 6-cı və 7-ci yerdə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

UEFA 8 klubu cəzalandırdı

Növbəti yazı

“Çelsi”nin məğlubiyyətsizlik seriyası qırıldı