Derbidə seriya qırıldı

Derbidə seriya qırıldı

“Barselona” La Liqanın 15-ci turunda “Espanyol”u qəbul edib. “Nou Kamp”dakı Barselona derbisində qalib müəyyənləşməyib.

Görüş 1:1 hesabı ilə başa çatıb. Bununla da “Espanyol” uğursuz derbi seriyasına son qoyub.

Belə ki, “Barselona”nın öz meydanındakı derbidə xal itirməsinə sonuncu dəfə 2009-cu il fevralın 21-də təsadüf olunub. Həmin vaxt “tutuquşular” 2:1 hesablı qələbə qazanıb. Sonrakı 14 matçda isə “Espanyol” səfərdən xalsız dönüb.

ETOPAZ

Əvvəlki yazı

“Klivlend” svinqmen axtarışında

Növbəti yazı

“Denver”in planı