Derbidə “Milan”dan əzmkar qələbə
İtaliya A seriyasının XXIV turu çərçivəsində Milan derbisi baş tutub. İvan Perişiç ilk yarıda “İnter”i hesabda önə çıxarsa da, Olivye Jirunun 3 dəqiqə ərzində vurduğu iki top “Milan”a əzmkar qələbə qazandırıb – 2:1.
Şəhərin eyniadlı təmsilçisi 2020-ci il oktyabrın 17-dən sonra ilk dəfə derbidən qalib ayrılıb. Bu müddətdə 3 matç baş tutub. “İnter” çempionatda 3:0, kubokda 2:1 hesablı qələbə qazanıb. A seriyasının daha bir matçı heç-heçə başa çatıb – 1:1.
Bu məğlubiyyətlə həm də “neradzurra”nın yenilgislzlik seriyası qırılıb. “İnter” sonuncu dəfə ötən il dekabrın 7-də uduzub.
Həmin gün Çempionlar Liqasında “Real”a 0:2 hesabı ilə məğlub olan milanlılar 9 matçda yenilməyib. Bu oyunlarda 7 qələbə və 2 heç-heçə qeydə alınıb.