Derbidə məhsuldar sülh
Azərbaycan Premyer Liqasında 8-ci turun ikinci gününə yekun vurulub. Bakı derbisində “Səbail” “Sabah”ı qəbul edib.
Hesabı meydan sahibləri açıb. Hissənin ortalarında Yusif Nəbiyev fərqlənib.
Fasilə ərəfəsində qonaqlar penalti şansı qazanıb. Emanuel Apeh bərabərlik qoluna imza atıb.
“Sabah” ikinci hissənin sonlarında da qol sevinci yaşayıb. Anatoli Nuriyev komandasını hesabda önə çıxarıb.
Lakin “Səbail” məğlubiyyətdən qaça bilib. Adi Mehremiç bərabərlik qoluna imza atıb – 2:2.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.