Derbidə ilk
“Arsenal” Premyer Liqada növbəti qələbəsini qazanıb. Mikel Artetanın yetirmələri 27-ci turda “Fulhem”i darmadağın edib – 3:0.
Bu, “topçular”ın London derbilərində səfərdəki ardıcıl 5-ci quru hesablı qələbəsidir. Premyer Liqa tarixində paytaxt derbilərində bunu bacaran olmamışdı.
Qeyd edək ki, bunadək “Arsenal” “Tottenhem”i iki, “Çelsi”ni bir, “Brentford”u üç, “Kristal Pelas”ı iki cavabsız qolla üstələyib.