Depayın keçidi baş tutmaya bilər

Depayın keçidi baş tutmaya bilər

“Barselona”nın hücumçusu Memfis Depayın “Yuventus”a transferi baş tutmaya bilər. 28 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsinə xitam verərək Turin klubuna keçəcəyi gözlənilirdi.

Lakin İtaliya təmsilçisinin rəhbərliyi niderlandlının maliyyə tələblərini ödəmək istəmədiyi üçün sözləşmə təhlükə altındadır. “Yuve” artıq alternativ variantları araşdırır. Klubun maraq dairəsində Marko Arnautoviç (“Bolonya”) və Arkadiuş Milik (“Marsel”) var.

ETOPAZ

Əvvəlki yazı

“Everton”dan uğursuz start

Növbəti yazı

Mirançukun bərpa müddəti bəlli oldu