Depaydan ”Barselona”ya şərt
“Barselona” futbolçusu Memfis Depayla yollarını ayırmaqda çətinliklə üzləşib. İspaniya klubu niderlandlı hücumçuya azad agent statusu verərək vidalaşmağa razıdır.
Lakin forvard klubun qarşısına iki şərt qoyub. Müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Depay qışda komandadan getmək üçün anlaşma üzrə ona çatan maaşın hamısını almaq istəyir. Hücumçu yalnız Çempionlar Liqasında mübarizə aparan 16 komandadan birinə keçməyə razıdır.