Depaya İngiltərədən üç müştəri
“Barselona”nın hücumçusu Memfis Depay qış transfer pəncərəsində İspaniyadan ayrıla bilər. Niderlandlının gedişində İspaniya klubunun özü də maraqlıdır.
Forvard İngiltərə klublarının transfer siyahısındadır. “Mançester Yunayted”, “Arsenal” və “Çelsi” onu heyətində görmək istəyir. Depayın klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, 28 yaşlı hücumçu cari mövsümün 3 oyununda 1 qol vurub.