Depay zədələndi
Niderland millisinin futbolçusu Memfis Depay zədələnib. Hücumçu AVRO-2024-ün Cəbəllütariqlə seçmə oyununda xəsarət alıb.
3:0 hesablı qələbəyə bir qolla töhfə verən forvard ikinci hissədə əvəzlənib. “Atletiko”nun futbolçusu əzələ ağrıları üzündən matçı davam etdirə bilməyib.
Memfisin növbəti qarşılaşmada iştirakı sual altındadır. Madridlilər aprelin 2-də “Betis”lə görüşəcək.