“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
Depay yoxsa Obameyanq?
“Barselona” yay transfer pəncərəsində iki hücumçusundan biri ilə yollarını ayıracaq. Klubu tərk etməyə yaxın olan forvardlar Memfis Depay və Pier-Emerik Obameyanqdır.
Qeyd olunur ki, Depay hələ də “Barselona” rəhbərliyi ilə ona azad agent statusunun verilməsi ilə bağlı danışıqlar aparır. O, 2021-ci ilin yayında komandaya qoşulub. Tərəflər arasında müqavilə 2023-cü ilin yayında başa çatır.
Obameyanq isə 2022-ci ilin yanvarında Londonun “Arsenal” klubundan “Barselona”ya gəlib. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir.