Depay Premyer Liqaya getməkdən imtina etdi

Depay Premyer Liqaya getməkdən imtina etdi

“Barselona”nın futbolçusu Memfis Depay İngiltərə Premyer Liqasında oynamaq təklifindən imtina edib. Niderlandlı hücumçu “Tottenhem”ə keçməyə razı olmayıb.

Londonlular Memfisi transfer etmək istəsə də, forvard İspaniyada qalmağa üstünlük verib. 28 yaşlı hücumçu hələ klubunu dəyişmək fikrində deyil. O, yalnız iddialı komandalardan alacağı təklifləri nəzərdən keçirməyi planlaşdırır.

“Barselona” Depayı 20 milyon avroya satmaq istəyir. Bu qiymət isə niderlandlının keçməyə razı ola biləcəyi klubları qane etmir.

ETOPAZ

Əvvəlki yazı

Suares Uruqvaya qayıdır

Növbəti yazı

“Mançester Yunayted”dən Marsial qərarı