Depay planı

Depay planı

İtaliyanın “Yuventus” klubu Memfis Depayın transferi ilə bağlı planını dəyişməyib. Turin təmsilçisi niderlandlı hücumçunu keçidi üçün danışıqları bərpa edəcək.

A seriyası klubu forvardı qışda heyətinə qatmağı planlaşdırır. “Barselona”nın futbolçusunun keçidi ilə bağlı danışıqlar hələ yayda baş tutsa da, həmin vaxt transfer reallaşmayıb.

Çempionlar Liqası ilə vidalaşan “Yuventus” heyəti gücləndirmək üçün qəti addımlar atmağa qərar verib. Memfis cari mövsüm 3 oyunda 131 dəqiqə meydanda olub.

ETOPAZ

Əvvəlki yazı

Yuventus cərimələnə bilər

Növbəti yazı

“Neftçi” və “Kəpəz”dən böyükhesablı qələbə