Depay komandanı tərk edir
Memfis Depay “Korintians”dan ayrıla bilər. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Klub Depayın maaşını ödəməkdə çətinlik çəkdiyi üçün onunla yolları ayırmaq istəyir.
Qeyd edək ki, 31 yaşlı hücumçu ötən ilin sentyabr ayından “Korintians”ın şərəfini qoruyur. Niderland millisinin üzvü olan Depay bu komanda ilə çıxış etdiyi 42 rəsmi matçda 13 qol və 14 assistlə yadda qalıb.