Depay Hunteları keçdi, van Persiyə yaxınlaşdı

Depay Hunteları keçdi, van Persiyə yaxınlaşdı

Qətərdə keçirilən DÇ-2022-də 1/8 final mərhələsinə start verilib. Niderland və ABŞ yığmaları arasında qarşılaşmanın ilk 45 dəqiqəsi başa çatıb. Avropa təmsilçisi 2:0 hesabı ilə öndədir.

Birinci hissədə hesabı Memfis Depay açıb. Ardınca Deyli Blind fərqlənib.

Bu, Depayın yığmada 43-cü qolu olub. 28 yaşlı hücumçu 85-ci matçında bu rəqəmə çatıb.

Memfis Niderland millisinin tarixində 2-ci bombardir olub. O, 75 oyunda 42 qol vuran Klas-Yan Hunteları keçib.

Yalnız Robin van Persi daha çox qol vurub. Millinin ən yaxşı bombardiri 102 matçda 50 dəfə fərqlənib. Depayı bu rekorddan 7 qol ayırır.

ETOPAZ

Əvvəlki yazı

“Qəbələ”dən qələbə, “Sabah” xal itirdi

Növbəti yazı

Niderland 1/4 finalda