10 günlük müqavilə

10 günlük müqavilə

“Denver” heyətinə yeni basketbolçu qatıb. “Naqqets” Deyvon Ridlə müqavilə bağlayıb.

26 yaşlı müdafiəçi ilə 10 günlük anlaşma imzalanıb. “Naqqets” zədəli oyunçuların olmasından yararlanaraq bu addımı atıb. Bir müddət əvvəl hücumçu Maykl Porter belindəki zədə üzündən mövsümün sonunadək sıradan çıxıb.

Rid 2017-18-ci illərdə “Finiks” və “İndiana”da çıxış edib. O, 31 matçda 2,4 xal və 1,5 ribaunda imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Qavi huşunu itirdi

Növbəti yazı

Dünyanın ən yaxşı hakimləri