“Denver”dən səfər qələbəsi
NBA-nın final seriyasında 3-cü oyun keçirilib. “Mayami” öz meydanında “Denver”lə görüşüb.
Meydan sahibləri bu qarşılaşmada qonaqlar önündə aciz qalıb – 94:109 (24:24, 24:29, 20:29, 26:27). Nikola Yokiç bu matçda 32 xal, 21 ribaund və 10 ötürməyə imza atıb.
Bu qələbədən sonra “Naqqets” seriyada önə keçib – 2:1.