“Denver”də yeni müdafiəçi

“Denver”də yeni müdafiəçi

“Denver” heyətinə yeni basketbolçu qatacaq. Klub rəhbərliyi müdafiəçi Deyvon Ridlə müqavilə imzalayacaq.

196 sm boya malik 26 yaşlı oyunçu 2017-18-ci illərdə NBA-da çıxış edib. O, “Finiks” və “İndiana”nın formasını geyinib.

Liqada 31 matça çıxan Rid 2,4 xal, 1,5 ribaunda nail olub. O, 2017-ci ilin draftının 32-ci nömrəsidir. Deyvon cari mövsümə denverlilərin farm-klubunda başlayıb.

ETOPAZ

Əvvəlki yazı

Benzema “Real”dan gedir

Növbəti yazı

“Barselona” 5 futbolçusunu satacaq