“Denver” çempionluğun bir addımlığında
NBA-da final seriyasında 4-cü oyun keçirilib. “Mayami” öz meydanında “Denver”lə qarşılaşıb.
Meydan sahibləri bu dəfə də azarkeşləri önündə məğlub olub – 95:108 (21:20, 30:35, 22:31, 22:22). Seriyada ardıcıl ikinci qələbəsini qazanan “Naqqets” seriyada üstünlüyünü artırıb – 3:1.
Aron Qordon qələbədə 27 xalla pay sahibi olub. “Denver”i çempionluqdan 1 qələbə ayırır.