“Denver” – “Boston” oyunu dayandırıldı
NBA-da növbəti oyunlar keçirilib. “Denver” öz meydanında “Boston”la qarşılaşıb.
Bu görüş 35 dəqiqəlik məcburi fasilə ilə əlamətdar olub. Bu, qonaqların basketbolçusu Robert Uilyamsın dankından sonra baş verib.
Matçın bitməsinə 6 dəqiqə 43 saniyə qalmış meydan sahiblərinin 18 xal üstünlüyə malik olub. Havada asılı qalan Uilyams səbətə xəsarət yetirib. Nəticədə 6 əməkdaş və 2 nərdivana ehtiyac duyulub. Onlar mövqeyini itirən səbəti düzəltməli olublar.
Qarşılaşma “Naqqets”in qələbəsi ilə başa çatıb. Meydan sahibləri 123:111 hesabı ilə qalib gəlib.