Demirbay “Kasımpaşa”da
“Eyüpspor”dan ayrılan Kerem Demirbayın yeni klubu məlum olub. Almaniya millisinin sabiq üzvü “Kasımpaşa”ya keçib.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Kerem Demirbay mövsümün əvvəlində “Qalatasaray”dan “Eyüpspor”a keçmişdi.












