Demiral top-klubların hədəfində
Merih Demiral “Atalanta”dan ayrıla bilər. O, Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.
Türkiyəli futbolçu İtaliyadan “İnter” və İngiltərədən “Mançester Yunayted”in transfer hədəfindədir. 24 yaşlı oyunçunu müdafiə xəttində problem yaşayan hər iki komanda heyətinə qatmağa çalışır. Bu məqsədlə sözügedən klubların yaxın günlərdə Berqamo təmsilçisinə təklif göndərəcəyi bildirilir.