Dembele yenidən zədələndi

Dembele yenidən zədələndi

PSJ-nin hücumçusu Usman Dembele növbəti dəfə zədələnib. “Nitsa” ilə oyundan (1:0) sonra fransalı futbolçu komanda yoldaşı Əşrəf Hakimiyə arxa bud əzələsində şiddətli ağrılar hiss etdiyini bildirib.

Məlumata görə, Dembelenin əvvəlki zədəsi yenidən təkrarlanıb.

Xatırladaq ki, 28 yaşlı futbolçu sentyabr–oktyabr aylarında eyni səbəbdən 5 oyun buraxmışdı və bərpadan sonra da hələ tam matç oynaya bilməyib.

ETOPAZ

Əvvəlki yazı

Alonsodan uğurlu start

Növbəti yazı

350-ci quruhesablı qələbə