Dembele ilin futbolçusu seçildi

Dembele ilin futbolçusu seçildi

FİFA ilin futbolçusunun adını açıqlayıb. Bu mükafata PSJ-nin fransalı ulduzu Usman Dembele layiq görülüb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Dembele bu nominasiyada Lamin Yamalı (“Barselona”) və Harri Keyni (“Bavariya”) qabaqlayıb.

Qeyd edək ki, fransalı futbolçu ötən mövsüm PSJ-nin heyətində keçirdiyi 53 rəsmi matçda 35 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin bu il “Qızıl top” mükafatının da sahibi olub.

ETOPAZ

Əvvəlki yazı

“Ayaks”dan yeni transfer

Növbəti yazı

Enrike ən yaxşı adına layiq görüldü