Dembele “Barselona”da qalacaq

Dembele “Barselona”da qalacaq

“Barselona”nın futbolçusu Usman Dembelenin gələcək taleyinə aydınlıq gəlib. Fransalı futbolçu İspaniya klubu ilə müqaviləsini uzadacaq.

O, baş məşqçi Xaviyə zəng vuraraq klub prezidenti ilə danışmasını xahiş edib. Mütəxəssis yeni təklifin olmayacağını bildirib.

Bu üzdən Usman əvvəl təklif edilən şərtləri qəbul etmək məcburiyyətində qalıb. Ötən ilin dekabrından indiyədək anlaşma ilə razılaşmayan futbolçu yaxın günlərdə sözləşməni imzalayacaq.

Qeyd edək ki, Usman ötən mövsümün 21 oyununda 1 qol və 13 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 22.06.2022

Növbəti yazı

Rublev Vaşinqtonda oynayacaq