Demba Badan vida

Demba Badan vida

Seneqal milli komandasının sabiq futbolçusu Demba Ba karyerasını başa vurub. Bunu 36 yaşlı hücumçunun özü açıqlayıb. Üç ay əvvəl İsveçrənin “Luqano” klubu ilə anlaşan forvard futbolla vidalaşmaq qərarına gəlib. Demba Ba 2012/13 mövsümündə “Çelsi”nin heyətində Avropa Liqasının qalibi olub. O, karyerası ərzində “Ruan” (Fransa), “Muskron” (Belçika), “Hoffenhaym” (Almaniya), “Vest Hem”, “Nyukasl”, “Çelsi” (hamısı İngiltərə), “Beşiktaş”, “Göztəpə”, “Başakşəhər” (hamısı Türkiyə), “Şanxay Şenxua” (Çin) və “Luqano” (İsveçrə) klublarının formasını geyinib.

Xatırladaq ki, Ba Seneqal millisində 22 oyunda 4 qol vurub.

e-Topaz

Əvvəlki yazı

Andresku “Top-10”dan kənarda

Növbəti yazı

“Seltiks” baxışa hücumçu çağırdı