Dele Alli rəsmən “Beşiktaş”da
“Beşiktaş” yeni transferini gerçəkləşdirib. Türkiyə klubunun mətbuat xidmətindən verilən məlumata görə, 26 yaşlı ingiltərəli hücumçu Dele Alli “Everton”dan icarəyə götürülüb.
O, bu mövsüm “qartallar”ın şərəfini qoruyacaq. Müqavilə satın alma variantı nəzərdə tutulur.