De Yonqun “Barselona” arzusu
Frenki de Yonq qərarını verib. O, “Barselona”da qalmaq istəyir.
Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik 27 yaşlı yarımmüdafiəçiyə etimad göstərir. Tərəflərin mart və ya apreldə yeni müqavilə ilə bağlı danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, Frenki de Yonqun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.