De Yonq sıradan çıxdı
“Porto”nun heyətində ciddi itki baş verib. Portuqaliya təmsilçisinin hücumçusu Lyuk de Yonq sıradan çıxıb.
Niderlandlı hücumçunun dizinin ön çarpaz bağları qopub. De Yonq təxminən 9 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə 35 yaşlı forvard üçün mövsümün erkən başa çatması deməkdir.












