De Yonq “Mançester Yunayted”in hədəfində
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İngiltərədə davam etdirə bilər. Onun xidmətində “Mançester Yunayted” maraqlıdır.
Niderland millisinin üzvü mövsümün sonunda yeni klubuna keçə bilər. Hətta transferin 95 faiz həll olunduğu vurğulanıb. İspaniya klubu bu addımı maliyyə probleminə görə atıb. Kataloniya təmsilçisinin transferdən 70-80 milyon avro qazanması gözlənilir.
Qeyd edək ki, 25 yaşlı de Yonq “Barselona”ya 2019-cu ildə “Ayaks”dan keçib.