De Yonq “Liverpul”un hədəfində
“Barselona”nın futbolçusu Frenki de Yonq qış transfer pəncərəsində klubunu dəyişə bilər. Niderlandlı yarımmüdafiəçi karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
25 yaşlı futbolçu ilə “Liverpul” maraqlanır. Premyer Liqa təmsilçisi de Yonqun agentləri ilə əlaqə saxlayıb.
O, “Barselona”ya 2019-cu ilin yayında “Ayaks”dan transfer olunub. Frenki cari mövsümdə 12 matçda 1 qol vurub.
Qeyd edək ki, de Yonqun İspaniya klubu ilə müqaviləsi 2026-cı ildə başa çatacaq.