De Xeaya əvəzləyici tapıldı
“Mançester Yunayted” yeni qapıçı ilə heyətini gücləndirmək niyyətindədir. Klub “Porto” və Portuqaliya millisinin qolkiperi Dioqo Koşta ilə maraqlanır.
“Qırmızı şeytanlar” yayda David De Xeaya əvəzləyici tapmaq niyyətindədir. Koşta qışda klubu ilə müqaviləni uzadıb, lakin “Mançester Yunayted” yenə də növbəti transfer pəncərəsində keçidi rəsmiləşdirməyə çalışacaq.