De Xeadan yeni göstərici

De Xeadan yeni göstərici

David de Xea “Mançester Yunayted”in tarixinə düşüb. İspaniyalı qapıçı “qırmızı şeytanlar”ın heyətində Premyer Liqada ən çox quru oyun keçirən qolkiper adını qazanıb.

V turun “Lester”lə qarşılaşması (1:0) onun üçün 133-cü belə matç olub. De Xea Edvin van der Sarın göstəricisini arxada qoyub. Niderlandlı qapıçı “Mançester Yunayted”in heyətində Premyer Liqanın 132 görüşündə qol buraxmayıb.

Qeyd edək ki, de Xea 2011-ci ildə “Atletiko”dan Mançester təmsilçisinə keçib. O, ümumilikdə 491 görüşdə 167 dəfə qol buraxmayıb.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus”dan ”Çelsi”yə

Növbəti yazı

Ən bahalı 5 transfer