De Xea “Mançester Yunayted”də qala bilər
David De Xeanın “Mançester Yunayted”lə müqaviləsi bu gün başa çatır. Lakin ingiltərəlilər onun başqa klubla müqavilə imzalamamasını istəyib.
“Qırmızı şeytanlar” yaxın vaxtlarda yeni qapıçı tapa biləcəklərinə əmin deyil. Bu səbəbdən De Xeanın komandaya qayıtma ehtimalını istisna etmir.
“Yunayted” “İnter”in qolkiperi Andre Onana ilə müqavilə imzalamağı planlaşdırır. Lakin hələlik tərəflər transfer məbləğində razılığa gələ bilmirlər.