De Xea kapitan ola bilər
“Mançester Yunayted”in qapıçısı David de Xea İngiltərə klubunun yeni kapitanı ola bilər. Baş məşqçi Erik ten Haq ispan qolkiperi komandanın lideri kimi görür.
De Xeanın bu postda Herri Maquayrı əvəz edəcəyi güman edilir. “Mançester Yunayted”in mərkəz müdafiəçisi ötən mövsüm göstərdiyi performansa görə ciddi tənqidlərə məruz qalıb.
Daha əvvəl “Mançester Yunayted”in ispan qolkiperlə yeni müqavilə imzalayacağı bildirilirdi.