De Vrey “Napoli”dən imtina etdi
“İnter”in müdafiəçisi Stefan de Vrey qərarını verib. O, “Napoli”nin təklifini qəbul etməyib.
32 yaşlı futbolçu “neradzurri”də çıxışını davam etdirməyə üstünlük verib. Arxa xətt oyunçusu komandanı tərk etməyi düşünmür.
Onun klubla müqaviləsi gələn yay başa çatacaq.