Azərbaycan klubları dünya reytinqində: “Qarabağ” 81-ci pillədə
De Rossi B seriyasında
İtaliya millisinin və “Roma”nın sabiq futbolçusu Daniele de Rossinin yeni iş yeri bəlli olub. 39 yaşlı veteran “Spal”ın baş məşqçisi olacaq.
De Rossi B seriyası təmsilçisi ilə ilyarımlıq müqavilə imzalayacaq. O, ilk dəfə baş məşqçi kimi çalışacaq.
Bunadək köməkçi məşqçi kimi çalışan mütəxəssis İtaliya yığmasında Roberto Mançininin korpusunda yer alıb. De Rossinin yeni komandası 8 turdan sonra B seriyasında 14-cü pillədə qərarlaşıb.